Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 2024-cü ildə “Gənclər paytaxtı” missiyasını yerinə yetirən Lənkəran şəhərində Novruz festivalı (#NovruzFest) keçiriləcək.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsindən bildirilib ki, martın 17-də təşkil olunacaq festivalda Gənclər evlərinin Novruz atributları və bahar əhvali-ruhiyyəsini əks etdirən sərgilər, müxtəlif konsert proqramları, həmçinin bölgələrimizdən olan gənclərin iştirakı ilə milli-mənəvi dəyərlərimizlə bağlı fəaliyyətlər və folklor nümunələri nümayiş etdiriləcək. Həmçinin “Gənclər paytaxtı”nın maskotları da festivala rəng qatacaq.
Festivalın məqsədi milli mədəniyyətimizi və mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz ənənələrinin gənclər arasında təbliğ olunması, yaşadılması, region gənclərinin sosial-mədəni həyatına rəng qatmaq, eyni zamanda insanlar arasında birlik və mehribanlığı möhkəmləndirməkdir.