Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən 36 nömrəli Uşaq musiqi məktəbinin martın 15-də Novruz bayramına həsr olunan konsert proqramı keçirilib.
Əvvəlcə aparıcı qarşıdan gələn xalqımızın ən əziz bayramı münasibətilə təbriklərini çatdırıb, Novruz adətləri haqqında məlumat verib. Bildirib ki, minilliklərin yadigarı olan Novruz bayramı insanları birliyə, bərabərliyə, zəhmətə, təbiətə həssas olmağa səsləyir.
Sonra səhnə məktəbin şagird və müəllim kollektivinin ixtiyarına verilib. Konsert proqramında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, habelə xalq mahnıları və aşıq havası səsləndirilib.
Musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.