Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbində görkəmli bəstəkar, pianoçu və caz-muğam üslubunun banisi, Əməkdar artist V.Mustafazadənin (1940–1979) anadan olmasının 84-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri və məktəbin kollektivi iştirak edib.

Görkəmli caz ustasının qısa ömür yolu və zəngin yaradıcılığından, musiqi mədəniyyətimizin inkişafına töhfələrindən danışılıb.

Sonra bədii proqram təqdim olunub. Məktəbin müəllim və şagirdlərinin ifasında səslənən musiqi nömrələri alqışlarla qarşılanıb.