Azərbaycan Milli Kitabxanasında Novruz bayramı münasibətilə elektron məlumat bazası yaradılıb.

Kitabxanadan bildirilib ki, “Novruz bayramı” adlı elektron məlumat bazası onlayn formada istifadəçilərə təqdim edilib.

Kitabxana əməkdaşlarının hazırladığı materiallarda Novruz haqqında nəşrlər, adət-ənənələr və deyimləri əks etdirən foto və videolar nümayiş olunub. Məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Novruz/index.html linkindən istifadə edə bilərlər.