Beynəlxalq müsabiqələr laureatı, pianoçu və bəstəkar, Əməkdar artist, İfsar Sarabskinin üçlüyü İsveçrə və Almaniyada qastrol səfərindədir.
Səfər çərçivəsində ilk çıxış İsveçrənin Bazel şəhərindəki “Birds Eye Jazz Club”da olub.
Qastrol səfəri İsveçrədə fəaliyyət göstərən “Azərbaycanın Dostları Birliyi” tərəfindən təşkil edilib. Birliyin sədri Arzu Əliyeva-Bodmerin verdiyi məlumata əsasən, üçlüyün martın sonuna qədər Svabiya, Volfsburq və Berlində çıxışları olacaq.
Tur dünyanın məşhur “Warner Music Group” şirkətinin etiketi altında yeni musiqi albomunun buraxılışı ilə başa çatacaq. Xatırladaq ki, üçlüyün bundan əvvəlki “Planet” albomu da “Warner Music Group” ilə əməkdaşlıq nəticəsində ərsəyə gəlib.
Lalə