“Olmaq, yoxsa olmaq?” Azərbaycan filmi  “Roma Prisma Film Mükafatları – 2024” müsabiqəsinin “Ən yaxşı sənədli film” kateqoriyasında finalçılar sırasına daxil olub. Bunu Şərqi Avropada yaşayan azərbaycanlıların Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru, şair, dramaturq, filmin ideya müəllifi, ssenari həmmüəllifi və rejissoru Leyla Bəyim bildirib.

Filmin baş qəhrəmanı yazıçı və səyyah, həm də Lui Kahuzakın librettosunun tərcümə müəllifi Cakomo Kazanovadır. 298 yaşlı Cakomo Qərbdən Şərqə, zərdüştilik dinin banisi Zərdüştün vətəninə səyahət etmək üçün dünyaya qayıdır. Kazanova həyatın ölməz mənəvi komponenti, yer üzündəki varlığın sonsuz, zamansız, ümumbəşəri dəyəri haqqında düşünərək Od məbədinə gedir. Qərb və Şərq sivilizasiyasının iki ən qədim şəhəri olan Praqa və Bakı arasında körpü salan filmin müəllifləri öz qəhrəmanlarını mənəvi işıq mənbəyi axtarışına göndərirlər...

Filmin prodüseri, ssenari həmmüəllifi və baş rol ifaçısı Boris Qoldberq, bədii rəhbəri Ülviyyə Axundova (eyni zamanda filmdə rol alıb), montaj rejissoru və operatoru Sərxan Rəcəbov, operatoru Annet Baldoviçdir.

Lalə