Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Aşıq Rza Qobustanlı adına Mədəniyyət Evinin təşkilatçılığı ilə Qobustan Dövlət Tarix-Bədii Qoruğunda Novruz şənliyi keçirilib.
Şənlikdə çıxış edənlər bayram münasibətilə hər kəsi təbrik edərək xoş arzularını bildiriblər. Qeyd olunub ki, Novruz xalq bayramıdır və yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Novruz həyatın yenilənməsi və dirçəlişinin rəmzidir. Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Sonra Mədəniyyət evinin bədii özfəaliyyət kollektivinin üzvləri musiqi nömrələri ilə çıxış ediblər. Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl isə maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar.