Respublika Gənclər Kitabxanasında Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 105 illiyi münasibətilə virtual sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə İsmayıl Şıxlının həyat və yaradıcılığı, ictimai fəaliyyəti haqqında geniş məlumat verilir. Həmçinin müəllifin “Dəli Kür”, “Ayrılan yollar”, “Ölən dünyam”, “Namərd gülləsi”, “Cəbhə yolları”, “Namus qaçağı” əsərlərinin qısa annotasiyası, İsmayıl Şıxlının layiq görüldüyü mükafatlar, yazıçının fotoqalereyası sərgilənir.