Qarabağ Regional Mədəniyyət İdarəsi (RMİ) Ağdam rayon MKS-nin 19 saylı Üçoğlan kənd kitabxanasında Novruz bayramı münasibətilə “Novruz gəl ha, Novruz gəl!” adlı tədbir keçirilib.

Tədbirdə Novruz bayramına məxsus adət-ənənələr, müxtəlif səhnəciklər və qədim əşyalar nümayiş etdirilib.

***

Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyi və rayon Kosalar kənd Mədəniyyət evinin (Gəncə şəhəri) birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə tədbir keçirilib.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra muzeyin rəhbərliyi bayram münasibətilə təbriklərini çatdırıb, Novruz  ayinləri haqqında məlumat verilib.

Tədbir bayram şənliyi ilə davam etdirilib.

***

Füzuli rayon Heydər Əliyev Mərkəzində (Horadiz şəhəri) Səməni festivalı keçirilib. Festivalda Füzuli rayon MKS tərəfindən Novruz adət-ənənələrini, mətbəxini  əks etdirən sərgilər təşkil olunub. Sonra qonaqlar Novruz atributları ilə bəzədilmiş dekorasiyalarla tanış olublar. Milli mətbəximizin ləziz təamlarından göy qutabı və fəsəli, lavaş hazırlanıb, kəklikotulu samovar çayı, paxlava, şəkərbura, səməni bayram süfrəsini bəzəyib.

Tədbirə qatılan ziyalılar, ictimaiyyət nümayəndələri Novruz bayramı və adətləri haqqında öz xatirələrini, fikirlərini söyləyiblər.

Hazırladı: N.Məmmədli