Qazax-Tovuz RMİ-nin tabeliyində fəaliyyət göstərən bir sıra müəssisələr tərəfindən Novruz bayramı ilə bağlı şəhid ailələri ziyarət olunub.

Ailə üzvləri ilə görüşlərdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad edilib, onların ailələrinə bayram sovqatları təqdim olunub.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

***

Tovuz rayon Düz Qırıqlı kənd Uşaq musiqi məktəbində “Elimizə bahar gəlir” adlı tədbir keçirilib. Tədbirdə müəllim və şagirdlər, valideynlər iştirak ediblər.

Məktəbin direktoru Xəyal Nağıyev tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib, tədbirdə iştirak edən valideynlərə təşəkkür edib.

Şagirdlərin bayram əhvali-ruhiyyəli, maraqlı ifalarından ibarət konsert proqramı təqdim olunub.

Tədbir bayram tonqalı ətrafında şən oyunlarla, rəqslərlə davam etdirilib.

***

Ağstafa rayon Dağkəsəmən kənd 1 saylı  körpələr evi-uşaq bağçasında Novruz şənliyi keçirilib.

Tədbirdə Ağstafa rayon Heydər Əliyev Mərkəzi və 2 saylı şəhər kitabxana filialının əməkdaşları iştirak ediblər.

Bayram şənliyində uşaqların ifasında maraqlı ədəbi-musiqili proqram nümayiş olunub. Novruza, baharın şəninə şeirlər, mahnılar ifa edilib, qədim adət-ənənlərimizi əks etdirən səhnəciklər göstərilib.

Şənlikdə fidanlar Novruz bayramına, baharın gəlişinə, Keçəl ilə Kosaya aid şeirlər söyləyiblər.

Balacaların rəngarəng rəqsləri maraqla qarşılanıb.

Hazırladı: N.Məmmədli