M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçirilib.
Konsertdə bədii rəhbər və baş dirijor, Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiətində Əməkdar artist Fəridə Məmmədova (soprano) çıxış ediblər.
Proqramda V.Motsartın "Divertisment" (D dur, K.136), “Exsultate, Jubilate” moteti (K.165), F.Şubertin "Offertorium", op.46, D.136 (Bakıda ilk ifa), P.Çaykovskinin “Elegiya”, F.Əlizadənin “Rəqs” və N.Skalkottasın 5 yunan rəqsi (Bakıda ilk ifa) səsləndirilib.