28-29 mart tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Biz xoşbəxt uşaqlarıq” adlı müxtəlif nominasiyalar üzrə çoxjanrlı beynəlxalq müsabiqə keçirilir.

Müsabiqə Qazaxıstanın “Xoşbəxt ölkənin uşaqları” İctimai Fondu və Cövdət Hacıyev adına 3 nömrəli onbirillik Musiqi məktəbinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin açılış mərasimi Mərdəkan Mədəniyyət Sarayında gerçəkləşəcək.

Azərbaycan-Qazaxıstan dostluq əlaqələrinin daha bir nümunəsi olan müsabiqə musiqi məktəbləri arasında təcrübə mübadiləsinin aparılması, gənc istedadların aşkar edilməsi, onların musiqi duyumunun inkişaf etdirilməsi, yaradıcılıq potensialının genişləndirilməsi məqsədi daşıyır.

Müsabiqədə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan istedadlı uşaqlar iştirak edirlər.