Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Tarixin qanlı səhifəsi” adlı dəyirmi masa keçirilib.

Öncə mərkəzin foyesində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş rəsm və nəşrlərdən ibarət sərgi nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər 1918-ci il martın sonlarından başlayaraq Azərbaycanda ermənilər tərəfindən dəhşətli soyqırımı aktı həyata keçirilməsindən, ölkənin müxtəlif bölgələrində on minlərlə insanın vəhşicəsinə qətlə yetirilməsindən danışıblar.

Daha sonra tədbir diskussiya şəklində davam edib, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Sonda şagirdlər Ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi irsini əks etdirən ekspozisiya ilə tanış olublar.