Azərbaycanın ilk inklüziv teatrı olan “ƏSA” Teatrı aprelin 5-də saat 19:00-da Şəhriyar adına Mədəniyyət Mərkəzinin səhnəsində Vilyam Şekspirin “Hamlet” faciəsini təqdim edəcək.

Dünya dramaturgiyasının ən təsirli tragediyalarından sayılan “Hamlet” tamaşasının aktyor heyəti əlilliyi olan və olmayan aktyorlardan ibarətdir. Rolları Əməkdar artistlər İlqar Cahangir, Qasım Nağı, aktyorlar Elşən Əskərov, Könül Şahbazova, Elsevər Rəhimov, Səmayə Ağayarova, Bəhram Rəhimli və digərləri ifa edəcək.

Həqiqi kədərdən qəzəbə çevrilmiş bir həyatı, dəlilik və dahilik arasındakı incə xətti, insan münasibətlərini, xəyanəti və mənəviyyatı sərgiləyən tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, prodüseri Nicat Qulam, işıq rəssamı Binyamin Sailovdur.

Biletləri şəhərin bütün kassalarından və eləcə də iticket.az saytından əldə edə bilərsiniz.