Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxanasının əməkdaşları tərəfindən 61 nömrəli tam orta məktəbdə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Tarixə yazılan amansızlıq” adlı söhbət keçirilib.

Qeyd edilib ki, 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri dinc əhaliyə qarşı soyqırımı cinayətləri törədib, tarixi və dini abidələrimiz məhv edilib.