M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində martın 30-da Əməkdar incəsənət xadimi, dirijor Azad Əliyevin (1951–2014) xatirəsinə həsr olunmuş konsert keçirilib.
Konsertdə baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi, Bakı Kamera Orkestrinin müşayiəti ilə solistlər – Xalq artistləri Fərhad Bədəlbəyli, Yeganə Axundova, Murad Adıgözəlzadə (hər üçü piano) və respublika və beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə (bariton) çıxış ediblər.
Proqramda B.Britten, İ.Şvarts, G.Mahler, P.İ.Çaykovski, S.Raxmaninov, İ.S.Bax və F.Şopenin əsərləri səsləndirilib.