Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı 158 nömrəli tam orta məktəbdə “Soyqırımını unutmayaq, unutdurmayaq!” adlı tədbir keçiriblər.
Mərkəzi Kitabxananın böyük metodisti İradə Hüseynova və Uşaq şöbəsinin müdiri Sevil Namazova çıxış edərək 106 il öncə erməni qəsbkarlarının xalqımıza qarşı törətdiyi soyqırımı haqqında məlumat veriblər. Bildirilib ki, 1918-ci ilin 30 mart – 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetiriblər.
Məktəbin II sinif şagirdləri Damla Şahvələdli, Vüsal Abdullayev, Sədəf Nurəddinova, Nihat Əlizadə, Nilay Eyvazlı və Hüseyn İsmayılov şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.
Sonda mövzu ilə əlaqədar hazırlanan kitab sərgisinə baxış olub.