Rusiyanın Sank-Peterburq şəhərində nəşr olunan “Tour Press Club” jurnalının baş redaktoru Anatoli Kovalyov və jurnalistlər, blogerlər aprelin 2-də Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyinin qonağı olublar.
Bu barədə muzeydən bildirilib.
Bakıda doğulan Anatoli Kovalyov bildirib ki, Bakı şəhərində Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyinin olduğunu bilən kimi muzeyi ziyarət etmək istəyib.
Muzeyin əməkdaşları tərəfindən qonaqlara muzey haqqında geniş məlumat verilib. Leopold və Mstislav Rostropoviçlərin həyat və yaradıcılığı ilə yaxından tanış olan qonaqlar bir daha bu iki dahi musiqiçinin yaradıcılığına heyran qaldıqlarını söyləyiblər.
Qonaqlar muzeyin xatirə kitabına ürək sözlərini və təəssüratlarını yazıb, xatirə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, turizm və mədəniyyət sahəsi üzrə peşəkarlar üçün nəzərdə tutulan “Tour Press Club” jurnalı 2000-ci ildən nəşr olunur.