Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin "Qonağımız var" layihəsi davam edir. Layihə çərçivəsində Suraxanı rayon Heydər Əliyev Mərkəzində Əməkdar jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı ilə görüş keçirilib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə rəsmilər, mədəniyyət işçiləri, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirin aparıcısı qeyd edib ki, Elçin Şıxlı Azərbaycan jurnalistikasının inkişafında özünəməxsus yeri olan qələm sahiblərindəndir.
Elçin Şıxlı çıxışı zamanı həyat yolundan, jurnalist fəaliyyətindən, yaradıcılığından bəhs edib, auditoriyanın suallarını cavablandırıb.