Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası “Urbanda görüşərik” layihəsi çərçivəsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, maarifçi və ictimai xadim Əhməd Cavadın (1892–1937) anadan olmasının 132-ci ildönümünə həsr olunan qiraət axşamı keçirib.
AMEA-nın Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov, Gəncə Dövlət Universiteti Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal Hicran çıxış edərək Əhməd Cavadın həyat və yaradıcılığı haqqında məlumat veriblər.
Gecədə qiraətçilərdən İmamverdi Vəliyev, Lalə Həsəncan, Xalidə Nəbiyeva və Məhəmməd Hacıyevin səsləndirdiyi şeirlər maraqla qarşılanıb.
Sonda Xalq artisti Sevinc İbrahimova “Çırpınırdın, Qara dəniz” və Əməkdar artist Tural Abdullayev “Şükriyyə” mahnılarını ifa ediblər.
Nurəddin