Azərbaycan

 

11 may 1915 – Görkəmli heykəltaraş, Xalq rəssamı Fuad Həsən oğlu Əbdürrəhmanov (1915 – 15.6.1971) Şəkidə anadan olub. Nizami Gəncəvinin (Bakıda və Gəncədə), Səməd Vurğunun abidələrinin, “Azad qadın” heykəlinin müəllifidir.

11 may 1928 – Əməkdar mədəniyyət işçisi, aktyor, kino təşkilatçısı Nəriman Qulam oğlu Axundov (1928-2009) anadan olub. 1958-ci ildən “Azərbaycanfilm” kinostudiyasında müxtəlif vəzifələrdə çalışıb.

11 may 1935 – Xalq yazıçısı Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov (1935 – 22.3.2016) anadan olub. Bir sıra əsərləri (“Mezozoy əhvalatı”, ”Bayquş gələndə”) ekranlaşdırılıb. “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi” və s. filmlərin ssenari müəllifidir. Milli Məclisin deputatı (1995-2010) olub.

11 may 1946 – Əməkdar rəssam Nazim Şamil oğlu Rəhmanov (1946–2003) anadan olub. 1989-cu ildə Xəzəryanı ölkələrin Bakı biennalesində I mükafata layiq görülüb. Əsərləri Moskva Şərq Xalqları İncəsənəti Muzeyində, şəxsi kolleksiyalarda saxlanılır.

11 may 2022 – Əməkdar incəsənət xadimi, rejissor, ssenarist, sənədli filmlər müəllifi Musa Ağabəy oğlu Bağırov (10.5.1932 – 2022) vəfat edib.

 

12 may 1907 – Xalq artisti, bəstəkar və pedaqoq Səid Rüstəmov (1907 – 10.6.1983) İrəvanda anadan olub. “Beşmanatlıq gəlin”, “Durna” və s. musiqili komediyalarının, populyar mahnıların (“Qurban adına”, “Oxu, gözəl!” və s.) müəllifidir. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru olub.

12 may 1915 – Xalq rəssamı, heykəltaraş İbrahim Əli oğlu Quliyev (1915 – 16.6.1971) Şəkidə doğulub. Azərbaycanın ilk peşəkar heykəltaraşlarından biridir, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü olub.

12 may 1940 – Əməkdar mədəniyyət işçisi, şair, tərcüməçi, ədəbiyyatşünas Abbas Abdulla (Hacaloğlu; 1940 – 4.9.2019) Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçi kəndində doğulub. Ukrayna ədəbiyyatından tərcümələr edib.

12 may 1940 – Əməkdar incəsənət xadimi, heykəltaraş Vaqif Osman oğlu Nəzirov (1940–2020) anadan olub. Sumqayıt şəhərinin baş rəssamı işləyib, “Sülh göyərçini” abidəsinin həmmüəllifidir.

12 may 1952 – Əməkdar artist Azər Əlbaba oğlu Mirzəyev (1952 – 19.7.2014) Zərdab rayonunun Əlvənd kəndində doğulub. Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışıb, Milli Dram Teatrının direktor müavini olub.

12 may 2005 – Xalq artisti, məşhur xanəndə Sara Bəbiş qızı Qədimova (31.5.1922 – 2005) vəfat edib. Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet Teatrının solisti olub.

12 may 2011 – Görkəmli rejissor, aktyor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu (Həsənov; 18.10.1949 – 2011) vəfat edib. Yuğ Dövlət Teatrının yaradıcısı olub.

 

13 may 1919 – Tanınmış tarzən, bəstəkar, Əməkdar artist Adil Gәray (Adil Heybәtqulu oğlu Mәmmәdbәyli; 1919 – 13.12.1973) Bakıda doğulub. Tar üçün əsərlərin, məktəblər üçün nəğmələr məcmuəsi və s. müəllifidir.

13 may 1929 – Əməkdar incəsənət xadimi, şair, tərcüməçi Hikmət Ziya (Hikmət Ziya oğlu Əfəndiyev; 1929 – 2.8.1995) Ağdamda anadan olub. Uşaq və gənclər üçün əsərlərin, çoxsaylı təmsillərin müəllifidir.

13 may 1982 – Böyük bəstəkar, pedaqoq, akademik, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Əbülfəz oğlu Qarayev (5.2.1918 – 1982) vəfat edib. “Yeddi gözəl”, “İldırımlı yollarla” baletləri, “Don Kixot” simfonik qravürü, “Leyli və Məcnun” simfonik poeması, simfoniyalar və s. əsərlərin müəllifidir. Bəstəkarlar İttifaqına rəhbərlik edib.

 

14 may 1906 – Əməkdar artist, opera müğənnisi Şirzad Abasəli ağa oğlu Berqman (Hüseynov; 1906 – 10.5.1971) Bakıda anadan olub.

14 may 1937 – Əməkdar incəsənət xadimi, rəssam, qrafika ustası Elmas Mirmehdi oğlu Hüseynov (1937 – 6.12.2013) Bakıda anadan olub.

14 may 1985 – Məşhur tarzən, Xalq artisti Bəhram Məşədi Süleyman oğlu Mənsurov (12.2.1911 – 1985) vəfat edib. 1932-ci ildən Dövlət Opera və Balet Teatrının solisti və konsertmeysteri olub.

 

15 may 1893 – Görkəmli türkoloq, şair, professor Bəkir Vahab oğlu Çobanzadə (1893 – 13.10.1938) Krımda anadan olub. Azərbaycanda dilçilik elmi və türkologiyanın təşəkkülü və inkişafında böyük rol oynayıb. Repressiya qurbanıdır.

15 may 1899 – Xalq artisti Rza Əfqanlı (Rza Rüstəm oğlu Cəfərzadə; 1899 – 9.11.1973) Cənubi Azərbaycanın Sərab şəhərində doğulub. Akademik Dram Teatrında çalışıb, filmlərdə (“Bakılılar”, “Kəndlilər”, “Dağlarda döyüş”) maraqlı obrazlar yaradıb.

15 may 1903 – Əməkdar artist, teatr aktyoru Mirhəsən Miriş oğlu Mirişli (1903–1973) anadan olub.

15 may 1922 – SSRİ Xalq artisti, bəstəkar Rauf Soltan oğlu Hacıyev (1922 – 19.9.1995) anadan olub. “Romeo mənim qonşumdur”, “Talelər qovuşanda” və s. operettaların müəllifidir. “Bir qalanın sirri”, “Qara daşlar”, “Əhməd haradadır?” və s. filmlərə musiqi yazıb. Azərbaycan SSR-in mədəniyyət naziri (1965–1971) işləyib.

15 may 1930 – Nasir, dramaturq, ədəbiyyatşünas Altay Yusif oğlu Məmmədov (1930 – 15.7.2003) Gəncədə doğulub. “Kişilər”, “Yadındamı”, “Ulduzlar görüşəndə” və s. pyeslərin müəllifidir.

15 may 1931 – Teatrşünas, sənətşünaslıq doktoru, professor Mahmud Qara oğlu Allahverdiyev (1931–1998) Gürcüstanın Bolnisi rayonunun İmirhəsən kəndində doğulub.

15 may 1946 – Əməkdar mədəniyyət işçisi Xalis Xalid oğlu Məmmədov (1946–2021) Qəbələ rayonunun Bum kəndində doğulub. Qəbələdə Tarix-Diyarşünaslıq Muzeyinin yaradıcısı və qırx ilə yaxın direktoru olub.

 

16 may 1929 – Əməkdar incəsənət xadimi, skripka ifaçısı Rauf Cəmil oğlu Nərimanbəyli (1929–2021) Bakıda anadan olub.

16 may 1950 – Xalq artisti Arif Əli oğlu Quliyev (1950 – 7.5.2021) Şirvan şəhərində anadan olub. Musiqili Komediya, Milli Dram, İrəvan  teatrlarında işləyib. Filmlərdə, televiziya tamaşalarında maraqlı rollar oynayıb.

16 may 2022 – Əməkdar incəsənət xadimi Fuad Zülfüqar oğlu Vəlixanov (1.5.1941 – 2022) vəfat edib. Televiziya sahəsində müxtəlif vəzifələrdə çalışıb.

 

Dünya

 

11 may 1904 – İspan rəssamı Salvador Dali (Salvador Felipe Jacinto Dali; 1904 – 23.1.1989) anadan olub. Sürrealizimin banilərindən biridir.

11 may 1916 – İspan yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1989) laureatı Kamilo Xose Sela (Camilo Jose Cela; 1916–2002) anadan olub. “Paskual Duartenin ailəsi”, “Arı şanı”, “Apelsinlər qış meyvələridir” və s. romanların müəllifidir.

 

12 may 1842 – Fransız bəstəkarı, lirik operaların müəllifi Jül Massne (Jules Massenet; 1842–1912) anadan olub. Əsərləri: “Verter”, “Tais” və s.

12 may 1907 – Amerika aktrisası Ketrin Hepbern (Katharine Hepburn; 1907–2003) anadan olub. Dörd dəfə “Oskar” mükafatına layiq görülüb.

 

13 may 1840 – Fransız yazıçısı Alfons Dode (Alphonse Daudet; 1840–1897) anadan olub. olub.  

13 may 1842 – İngilis bəstəkarı Artur Sallivan (Arthur Seymour Sullivan; 1842–1900) anadan olub.

 

14 may 1265 – İtalyan şairi Dante Aligeri (1265 – 14.9.1321) anadan olub. Bəzi mənbələrdə təvəllüdü 30 may göstərilir. İntibah ədəbiyyatının şah əsərlərindən olan “İlahi komediya” poemasının müəllifidir.

 

15 may 1862 – Avstriya dramaturqu Artur Şnitsler (Arthur Schnitzler; 1862–1931) anadan olub.

15 may 1891 – Rus yazıçısı Mixail Bulqakov (1891–1940) Kiyevdə doğulub. Əsərləri: “Usta və Marqarita”, “Ağ qvardiya”, “İt ürəyi” (nəsr), “Qaçış”, “Turbinlər ailəsinin günləri”, “Zoykanın mənzili” (dram).

 

16 may 1898 – Yaponiya milli kinematoqrafiyasının banilərindən olan rejissor Kendzi Midzoquti (Kenji Mizoguchi; 1898–1956) anadan olub.

16 may 1915 – İtaliya kinorejissoru Mario Moniçelli (1915–2010) anadan olub. Filmləri: “Polislər və oğrular”, “Böyük müharibə” və s.

Hazırladı: V.Orxan