Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə davam edən ölkədaxili qastrollar çərçivəsində Qax Dövlət Kukla Teatrı mayın 11-də Gəncə şəhərində olub.
Yaradıcı kollektiv Gəncə Dövlət Kukla Teatrının səhnəsində yazıçı-dramaturq Əzizə Əhmədovanın “Necə boz ayı, aldı ev payı?” nağıl-tamaşasını göstərib.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Yusif Abdurahmanov, quruluşçu rəssamı Fidan Səbrili, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.
Uşaqlara zəhmətsevərlik, dürüstlük və özünəinam aşılayan ibrətamiz tamaşa alqışlarla qarşılanıb.