Azərbaycan Dövlət Uşaq Filarmoniyası Uşaq-gənclər xalq çalğı alətləri orkestrinin 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə konserti keçiriləcək.

Bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə gerçəkləşəcək konsert proqramı eyni zamanda orkestrin yaradılmasının 15 illiyinə həsr olunub.

İyunun 1-i saat 19:00-da keçiriləcək musiqi axşamında orkestrin respublika və beynəlxalq müsabiqələr laureatları olan solistləri Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərini səsləndirəcəklər.

Konsertin media dəstəkçiləri arasında “Mədəniyyət” qəzeti də var.

Qeyd edək ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyasının Parisdə keçirilən konqresində təsis olunub. Əlamətdar gün 1950-ci ildən dünya miqyasında qeyd edilir. Ölkəmizdə də hər il bu münasibətlə müxtəlif tədbirlər, aksiyalar keçirilir.

Lalə