Mayın 21-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində Humanitar Kollec və T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı nəzdində Teatr Kolleci arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Memorandumu kolleclərin direktorları Nərmin Qaralova və Kurmancan Adılbekova imzalayıblar.

Sənəddə birgə yaradıcılıq layihələrinin, elm-praktik, elmi-metodik konfransların, seminarların, ustad dərslərinin, dəyirmi masaların və qastrol səfərlərinin, konkret əməkdaşlığının inkişaf etdirilməsi nəzərdə tutulub.

Humanitar Kollecin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Nərmin Qaralova bildirib ki, bu cür əməkdaşlıqlar ölkələrimizin mədəniyyət və incəsənətinin inkişafı, qarşılıqlı təbliği baxımından əhəmiyyət kəsb edir.