Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən K.Səfərəliyeva adına 16 nömrəli Uşaq musiqi məktəbində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təqdim edilib.

Məktəbin kamera orkestrinin ifasında kinofilmlərimizdən popurri ilə başlayan konsert Azərbaycan və dünya klassik bəstəkarlarının əsərlərindən ibarət rəngarəng proqramla davam edib.

Bayram konsertində məktəbin fortepiano, truba, violin, kamança, nağara sinfinin şagirdləri, xor kollektivi və instrumental ansamblın, eləcə də müəllimlərin çıxışları alqışlarla qarşılanıb.

Lalə