Mayın 22-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xalq yazıçısı İlyas Əfəndiyevin (1914–1996) anadan olmasının 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından sayılan yazıçının həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub, İlyas Əfəndiyevin zəngin nəsri, roman və povestləri, dramaturgiyası haqqında ətraflı məlumat verilib.

Daha sonra çıxış edənlər 60-cı illərdə səhnəyə gələn gənclərin püxtələşməsində İlyas Əfəndiyev dramaturgiyasının böyük rolundan danışıblar. Ədibin pyeslərinin ideya-sənətkarlı məziyyətləri haqqında fikir mübadiləsi aparılıb.