Azərbaycan

 

23 may 1524 – Azərbaycan Səfəvilər dövlətinin banisi, böyük sərkərdə, şair Şah İsmayıl Xətai (17.7.1487 – 1524) vəfat edib. Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn olunub.

23 may 1905 – Əməkdar artist, rejissor Heydər Məşədi Aslan oğlu Şəmsizadə (1905–1981) Şuşada doğulub. Ağdam Dövlət Dram Teatrında çalışıb, Aşqabaddakı Azərbaycan teatrında tamaşalar qoyub.

23 may 1919 – Xalq yazıçısı Hüseyn Məmmədəli oğlu İbrahimov (1919 – 10.4.2008) Naxçıvan MR Şərur rayonunun Şahtaxtı kəndində doğulub. “Şirin xatirə”, “Bahar yağışı”, “Qu quşları öləndə oxuyurlar” və s. kitabların müəllifidir.

23 may 1959 – Əməkdar incəsənət xadimi, pianoçu İbrahim Hacıbaba oğlu Quliyev (1959 – 16.1.2010) anadan olub. Beynəlxalq Muğam Mərkəzinin direktoru (2009-2010) işləyib.

23 may 1961 – Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Ağabala qız Mirməmmədli (1961 – 4.1.2021) Bakıda anadan olub. Xalq mahnılarını xor üçün işləyib, filmlərə musiqi yazıb.

23 may 1986 – Xalq artisti, rejissor, Azərbaycan musiqili teatrının yaradıcılarından biri Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (23.2.1911 – 1986) vəfat edib. Filarmoniyanın, Musiqili Komediya Teatrının direktoru olub.

 

24 may 1874 – Görkəmli şair, tərcüməçi Abbas Səhhət (Abbasqulu Əlabbas oğlu Mehdizadə; 1874–1918) Şamaxıda anadan olub. Rus, ərəb, fars, gürcü və fransız yazıçılarının əsərlərindən tərcümələr edərək “Məğrib günəşləri” (iki cilddə) adlı kitabında (1912) çap etdirib.

24 may 1879 – Publisist, teatr xadimi Mehdi bəy Süleyman bəy oğlu Hacınski (1879–1941) anadan olub. “Nicat” xeyriyyə cəmiyyətinin teatr bölməsinə rəhbərlik edib.

24 may 1893 – İlk azərbaycanlı qadın pianoçulardan olan Xədicə Qayıbova (1893 – 27.10.1938) Tiflisdə doğulub. Fortepianoda muğamların ifaçısı kimi məşhurlaşıb, pedaqoji fəaliyyət göstərib. Repressiya qurbanıdır.

24 may 1893 – Ədəbiyyatşünas Mustafa Zəkəriyyə oğlu Quliyev (1893-1938) Şəkidə anadan olub. Xalq maarifi komissarı (1922–1928), “Maarif və mədəniyyət”, “İnqilab və mədəniyyət” jurnallarının məsul redaktoru işləyib. Repressiya qurbanıdır.

24 may 1898 – Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqlarından biri, publisist, dramaturq, tərcüməçi Mirzə Bala Məmmədzadə (1898 - 8.3.1959) Bakının Zirə kəndində doğulub. 1924-cü ildə Türkiyəyə mühacirət edib. Azərbaycan mühacirətinin mətbu orqanlarında yazılar yazıb, İstanbulda vəfat edib.

24 may 1899 – Şairə Ümgülsüm Sadıqzadə (1899–1944) Bakının Novxanı kəndində doğulub. 1937-ci ildə həyat yoldaşı, yazıçı Seyid Hüseyn repressiya edilərək güllələnib, Ü.Sadıqzadə Mordoviyaya həbs düşərgəsinə göndərilib. 1944-cü ilədək həbsdə qalıb.

24 may 1913 – Aşıq Ağalar (Ağalar Bilal oğlu Mikayılov; 1913–1988) Ağsu rayonunda Qəşəd kəndində doğulub.

24 may 1925 – Ədəbiyyatşünas, türkoloq Cavad Heyət (1925 – 12.8.2014) Təbrizdə doğulub. Azərbaycan dilində “Varlıq” jurnalını nəşr etdirib.

24 may 1930 - Şair, tərcüməçi Əli Səngərli (Məmmədov; 1930 – 23.4.2009) Borçalı bölgəsinin Faxralı kəndində anadan olub.

24 may 1948 – Xalq artisti Fuad Ağarəhim oğlu Poladov (1948 – 5.5.2018) Bakıda doğulub. Akademik Milli Dram, Rus Dram teatrlarında, kinoda, televiziya tamaşalarında xarakterik obrazlar qalereyası yaradıb.

24 may 1967 – Ədəbiyyatşünas, yazıçı-dramaturq, dövlət xadimi Şıxəli Qurban oğlu Qurbanov (16.8.1925 – 1967) vəfat edib. “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu” və s. pyeslərin müəllifidir.

24 may 1984 – Əməkdar artist, xanəndə Haşım Səmədbəy oğlu Kələntərli (1899, Lənkəran – 1984) vəfat edib. Opera və Balet Teatrında çalışıb.

24 may 2023 – Əməkdar mədəniyyət işçisi, tanınmış xalça ustası Zəhra Gülbala qızı Əliyeva (17.9.1950 – 25.5.2023) vəfat edib.

 

25 may 1955 – Xalq artisti Ramiz Qəvvam oğlu Novruzov (Ramiz Novruz; 1955 – 21.2.2023) Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. Sumqayıt teatrında çalışıb, 1981-ci ildən Milli Dram Teatrının aktyoru olub. Filmlərdə (“Sizi dünyalar qədər sevirdim”, “Cavad xan”, “Cavid ömrü” və s.) çəkilib.

25 may 1991 – Xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyev (22.4.1911 – 1991) vəfat edib. “Kommunist” qəzetində (indiki “Xalq qəzeti”) rəssam işləyib. Əsasən qrafika ilə məşğul olub, mənzərə ustası kimi tanınıb.

 

26 may 1877 – Maarifçi-alim Mirzə Məhəmmədəli Tərbiyət (1877 – 17.1.1940) Təbrizdə doğulub. Şəhərdə yeni tipli “Tərbiyət” mədrəsəsi və kitabxana açıb. Azərbaycan mədəniyyəti tarixini əhatə edən “Danişməndani-Azərbaycan” ensiklopedik toplusunun müəllifidir.

26 may 1894 – Ədəbiyyatşünas, publisist Vəli Məmmədhüseyn oğlu Xuluflu (1894–1938) Şəmkir rayonunun Xuluflu kəndində doğulub. 20-ci illərdə Azərbaycanda latın qrafikalı əlifbanın tətbiqində aktiv fəaliyyət göstərib, Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru işləyib. Repressiya qurbanıdır.

26 may 1914 – Xalq yazıçısı İlyas Məhəmməd oğlu Əfəndiyev (1914 – 3.10.1996) Füzuli şəhərində anadan olub. “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost” və s. romanların, Azərbaycan dramaturgiyasında yeni mərhələ təşkil edən pyeslərin (“Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mahnı dağlarda qaldı”, “Hökmdar və qızı” və s.) müəllifidir.

 

27 may 1893 – Türkoloq, şair, professor Bəkir Vahab oğlu Çobanzadə (1893 – 13.10.1938) Krımda anadan olub. Azərbaycanda dilçilik elmi və türkologiyanın təşəkkülü və inkişafında böyük rol oynayıb. Repressiya qurbanıdır.

27 may 1906 – Xalq artisti, teatr rejissoru Soltan Baba oğlu Dadaşov (1906–1969) Bakıda anadan olub. Opera və Balet Teatrında quruluşçu rejissor işləyib, Aşqabad teatrında M.Maqomayevin “Şah İsmayıl” operasını tamaşaya qoyub.

27 may 1906 – Yazıçı-dramaturq Şəmsəddin Bəhlul oğlu Abbasov (1906–1975) Xızı  rayonunun Sayadlar kəndində doğulub. Opera və Balet Teatrının, Bakı kinostudiyasının direktoru olub, kinossenarilər yazıb.

27 may 1926 – Xalq şairi, nasir Söhrab Tahiri (Söhrab Əbülfəz oğlu Tahiri; 1926 – 4.5.2016) Cənubi Azərbaycanın Astara şəhərində doğulub. 1946-cı ildə sovet Azərbaycanına köçüb. Poemalar, roman və povestlər müəllifidir. Kitabları: “Vətənlə sevgi arasında”, “Qonşu qızın məktubları”, “Əmanət” və s.

27 may 1956 – Xalq şairi Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov; 21.3.1906 – 1956) vəfat edib. 20-dən çox poemanın, “Vaqif”, “Fərhad və Şirin” və s. mənzum dramların, dillər əzbəri olan şeirlərin müəllifidir.

27 may 2008 – Əməkdar incəsənət xadimi Elşad Heybət oğlu Quliyev (23.1.1941 –2008) vəfat edib. 1983–1990-cı illərdə Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri işləyib.

 

Dünya

 

23 may 1891 — İsveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1951) laureatı Fabian Lagerkvist (1891–1974) anadan olub. Əsərləri: “Cəllad”, “Cırtdan”, “Savilla” və s.

 

24 may 1905 – Rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1965) Mixail Şoloxov (1905 - 21.2.1984) anadan olub. Əsərləri: “Sakit Don”, “Oyanmış torpaq”, “İnsanın taleyi” və s.

24 may 1940 – Rus şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1987) İosif Aleksandroviç Brodski (1940 – 26.1.1996) anadan olub.

 

25 may 1803 – Amerika şairi, filosof Ralf Voldo Emerson (1803–1882) anadan olub.

25 may 1905 – Ukrayna yazıçı-dramaturqu, akademik, dövlət xadimi Aleksandr Yevdomikoviç Korneyçuk (1905–1972) anadan olub.

 

26 may 1822 – Fransız yazıçısı Edmon de Qonkur (Edmond Huot de Goncourt; 1822–1896) anadan olub. Yazıçı Jül de Qonkurun böyük qardaşıdır. Fransanın ədəbiyyat üzrə Qonkur mükafatı onların şərəfinə təsis edilib.

26 may 1904 – Türk şairi və mütəfəkkiri Nəcib Fazil Qısakürək (1904 – 25.5.1983) anadan olub.

 

27 may 1840 – İtalyan bəstəkarı və skripkaçısı Nikkollo Paqanini (1782–1840) vəfat edib.

Hazırladı: V.Orxan