Tovuz rayon Abulbəyli kənd Folklor evində aşıq Ələsgər Tağıyevin (Çopur Ələsgər; 1930–2014) yaradıcılığına həsr olunmuş “Suyuşirin aşığam mən” adlı ədəbi-bədii gecə keçirilib.

Çıxışlarda bildirilib ki, Aşıq Ələsgər Tağıyev Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. Ömrünün 50 ildən çoxunu aşıq sənətinə həsr edib. O, 30-dan artıq məhəbbət və qəhrəmanlıq dastanını bilib və bu sənətin sirlərini gənc nəsillərə öyrətməklə məşğul olub.

Diqqətə çatdırılıb ki, Azərbaycan aşıqlarının III, IV və V qurultaylarının iştirakçısı olmuş ustad sənətkar üç şeir kitabının müəllifidir.

Aşıqların ifasında Ələsgər Tağıyevin repertuarından və digər saz havalarından ibarət konsert proqramı təqdim olunub.