Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Balaca qonaqlar” adlı yeni layihəyə başlanılıb.

Layihənin məqsədi Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin yeni nəsillərə öyrədilməsi və təbliğidir.

Layihənin ilk qonağı 276 nömrəli körpələr evi-uşaq bağçasının fidanları olub.

Öncə Ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzülüb. Mərkəzin bələdçisi qonaqlara müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin zəngin həyat yolu və dövlətçilik fəaliyyəti barədə məlumat verib.

Sonra uşaqlar cizgi filmini izləyib, rəsmlər çəkiblər.

Sonda balacalar vətənpərvərlik ruhlu mahnılar ifa ediblər.