Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Qonağımız var” layihəsi çərçivəsində Nardaran qəsəbə Mədəniyyət Mərkəzində Xalq artisti, tanınmış teatr və kino aktyoru Nurəddin Mehdixanlı ilə görüş keçirilib.

Görüşdə sənətkarın həyat və yaradıcılığı barədə məlumat verilib, səhnə fəaliyyətindən, yaratdığı obrazlardan, rol aldığı filmlərdən söhbət açılıb.

Nurəddin Mehdixanlı çıxışında teatr sənəti, onun inkişaf mərhələləri, eləcə də Azərbaycan mədəniyyətinə, teatr sahəsinə dövlət tərəfindən göstərilən diqqətdən söhbət açıb. Xalq artisti həmçinin səhnə sənəti sahəsində qazandığı təcrübəni bölüşüb, iştirakçıları maraqlandıran sualları cavablandırıb. O, eyni zamanda müəllifi olduğu şeirlərdən bir neçəsini səsləndirib.