Azərbaycanın tanınmış alimlərindən, folklorşünaslarından sayılan professor Vəli Məmmədhüseyn oğlu Xuluflu 1894-cü il mayın 26-da Şəmkir rayonunun Xuluflu qəsəbəsində doğulub. Bununla əlaqədar Milli Kitabxanada “Prоfеssоr Vəli Xuluflu-130” adlı geniş kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, bir həftə davam edəcək sərgidə alimin müəllifi olduğu, həmçinin redaktə etdiyi, həyatı və yaradıcılığı haqqında yazılmış Azərbaycan və rus dillərində kitablar nümayiş olunur.

Qeyd edək ki, Vəli Xuluflu 1937-ci il oktyabrın 13-də vəfat edib.

***

XX əsr ədəbiyyatımızın böyük klassiki, milli nəsrimizin, dramaturgiyamızın, səhnəmizin, ədəbi-bədii və ictimai fikrimizin inkişafında əvəzsiz xidmətləri olan İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il mayın 26-da Füzuli şəhərində dünyaya göz açıb. Bununla əlaqədar, Milli Kitabxanada “Xalq yazıçısı İlyas Əfəndiyеv-110” adlı geniş kitab sərgisi təşkil edilib.

Kitabxanadan bildirilib ki, sərgidə yazıçının böyük ustalıqla qələmə aldığı əsərləri, tamaşaya qoyulmuş pyeslərindən fotolar, yaradıcılığı haqqında yazılmış Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Sərgi 1 həftə davam edəcək.

Qeyd edək ki, Xalq yazıçısı İlyas Əfəndiyev 1996-cı il oktyabrın 3-də Bakı şəhərində dünyasını dəyişib və Fəxri xiyabanda dəfn olunub.