Azərbaycan Dövlət Uşaq Filarmoniyası 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı ilə çıxış edəcək.

Filarmoniyadan bildirilib ki, konsert mayın 29-da Dövlət Uşaq Filarmoniyası Xəzər rayon Mərdəkan Mədəniyyət sarayında təşkil olunacaq.

Proqramda Dövlət Uşaq Filarmoniyasının bütün kollektivi maraqlı musiqi nömrələri ilə çıxış edəcək.