“Dost və qardaş Azərbaycan Respublikasının 28 May - Müstəqillik Gününü öz adımdan və Kipr Türk xalqı adından səmimi qəlbdən təbrik edirəm. Türk dünyası bizim ailəmizdir. Kipr türkləri də böyük Türk millətinin bir parçasıdır deyərək Şimali Kipr Türk Cümhuriyyətinə güclü dəstək verən Azərbaycan Prezidenti İlham Əliyevə cansağlığı, xoşbəxtlik və uğur, dost və qardaş Azərbaycan xalqına sülh və bərəkət arzu edirəm”.
Bu ifadələr Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın “Kıbrıs qəzetində” yayımlanan təbrik mesajında yer alıb.
“Azərbaycanlı qardaşlarımızın işğal altında olan torpaqlarını geri alması ilə builki Müstəqillik Gününün belə bir şən şəraitdə qeyd etməsinin verdiyi xüsusi sevinci və qürur hissini ürəkdən bölüşürük”, - deyə Şimali Kiprin xəbər agentlikləri tərəfindən də yayımlanan təbrik mesajında vurğulanıb.