Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Zığ qəsəbə Mədəniyyət evi, Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli kitabxana filialının və “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra mövzu ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Tədbirin bədii hissəsində musiqi nömrələri ifa olunub, Mədəniyyət evinin “Qaytağı” rəqs qrupu rəqslər nümayiş etdirib.  65 nömrəli tam orta məktəbin şagirdləri isə vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Sonda Müstəqillik Gününə həsr olunmuş kitab sərgisinə baxış keçirilib.