Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən mədəniyyət müəssisələrində çalışan əməkdaşların peşə səriştələrinin formalaşdırılması və inkişafı məqsədilə yeni tədris modulları əsasında hazırlanmış kurslara başlanılıb.
“Azərbaycan Respublikasının əmək qanunvericiliyi” təlim modulu əsasında Azərbaycan Milli Kitabxanasında keçirilən kursun təlimçisi Bakı Dövlət Universiteti Əmək və ekologiya hüququ kafedrasının professoru Mayis Əliyevdir.
Mədəniyyət Nazirliyinin tabeliyində olan müəssisələrin insan resursları üzrə mütəxəssisləri üçün nəzərdə tutulan təlim iki ay davam edəcək. İştirakçılar əmək qanunvericiliyinin əsasları, müəssisənin insan resursları işinin təşkili, mühafizəsi qaydaları, sahəyə uyğun qanunvericilik və digər mövzular haqqında biliklər əldə edəcəklər.
Təlimin əsas məqsədi əmək münasibətlərinin qanunvericiliyə uyğun aparılması qaydaları və digər sahəvi qanunvericiliyə dair bilgilərin verilməsidir.