Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən “Qonağımız var” layihəsi davam edir.
Layihə çərçivəsində H.Abbasov adına Mədəniyyət Mərkəzində Əməkdar artist, tanınmış komediya aktyoru Çingiz Əhmədovla görüş keçirilib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı aktyorun həyat yolu və yaradıcılığı haqqında məlumat verib.
Sonra aktyorun sənəti, yaradıcılıq planları barədə söhbət aparılıb, rol aldığı tamaşalardan, yaratdığı obrazlardan, əldə etdiyi uğurlardan bəhs edilib.
Sonda Çingiz Əhmədov tamaşaçıların suallarını cavablandırıb.
***
Layihə üzrə daha bir görüş Lökbatan qəsəbəsindəki Ə.Əmirov adına Mədəniyyət Sarayında keçirilib. Bu dəfə müğənni Rəsul Əfəndiyev musiqisevərlərin qonağı olub.
Görüşdə ifaçı haqqında məlumat verilib. Daha sonra “Əfəndi” qrupunun müşayiəti ilə Rəsul Əfəndiyev musiqi nömrələri səsləndirib.
Görüş müğənninin ifasında "Qarabağı qaytardıq" mahnısı ilə sona çatıb.