Argentinanın populyar “Antologia poetica” ədəbiyyat portalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ispan dilinə tərcümə olunmuş “Yeddi gözəl” poemasından “Peyğəmbərin mədhi” hissəsinin yayımlanıb.
Poemadan parça Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində argentinalı oxuculara təqdim olunur.
Tərcümə Mərkəzindən bildirilib ki, şairin əsəri və yaradıcılığı haqqında məlumat “Azərbaycan müəllifləri” bölümündə yer alıb.
Əsəri ispan filoloq Karmen Linares ispancaya çevirib.