Mayın 30-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Xalq artisti, dirijor Ramiz Məlik-Aslanovun rəhbərliyi altında BMA-nın simfonik orkestrinin təntənəli konserti keçirilib.

BMA-nın İfaçılıq kafedrası tələbələrindən ibarət orkestrin ifasında Hektor Berliozun "Fantastik simfoniya" və Lüdviq van Bethovenin “Simfoniya No 9” (I hissə) əsərləri dinləyicilərə təqdim olunub.

Konsert musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.