Tatarıstan Respublikasında (RF) keçirilən məşhur Raşit Vaqapov adına Beynəlxalq Tatar Mahnı Festivalının qala-konserti ilk dəfə Bakıda təşkil edilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Tatarıstan hökuməti və digər qurumların təşkilatçılığı keçirilən konsert mayın 29-da Beynəlxalq Muğam Mərkəzində gerçəkləşib.
Konserti ölkəmizdəki diplomatik korpusun nümayəndələri, Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsinin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimovun salamlama nitqindən sonra konsert proqramı təqdim olunub.
Proqramda tanınmış tatar bəstəkarlarının əsərləri, populyar hitləri, xalq mahnıları səsləndirilib.
Qeyd edək ki, 20 ildir təşkil edilən Raşit Vaqapov adına Tatar Mahnı Festivalı Tatarıstanın və tatar xalqının ən məşhur milli-mədəni brendlərindən hesab olunur.
Lalə