1 iyun – Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Uşaqların sevinci” adlı tədbir təşkil olunub.
Tədbir muzeyin və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi Abşeron rayon Xırdalan şəhər onbirillik Musiqi məktəbinin birgə təşkilatçılığı ilə keçirilib. Muzeyin elmi-kütləvi işlər şöbəsinin müdiri Ümidə Hacıyeva uşaqları bayram münasibətilə təbrik edib və onlara bu əlamətdar günlə bağlı məlumat verib.
Tədbirin bədii hissəsində Xırdalan şəhər Musiqi məktəbinin şagirdləri bəstəkar, pedaqoq Sevinc İbrahimovanın müxtəlif mövzulu uşaq mahnılarından ibarət musiqili kompozisiya ilə çıxış ediblər.