Tanınmış mədəniyyət işçisi, uzun illər Azərbaycan Dövlət Rəsm Qalereyasında çalışmış Rauf Məlikzadə mayın 31-də, 72 yaşında vəfat edib.
Rauf Mirzəbəy oğlu Məlikzadə 4 iyun 1952-ci ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsinə daxil olub, 1976-cı ildə institutu mədəni-maarif işçisi ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə 1976-cı ildə Azərbaycan Teatr Cəmiyyətində (indiki Teatr Xadimləri İttifaqı) başlayıb. 1978-ci ildə “İnşaatçılar” Mədəniyyət Sarayında Kütləvi işlər şöbəsinin müdiri vəzifəsində işləyıb. 1979-cu ildən Respublika Xalq Yaradıcılığı Evində metodist, 1982-ci ildən “Aygün” Məişət Birliyində sahə ustası vəzifəsində çalışıb.
1986 – 2022-ci illərdə Azərbaycan Dövlət Rəsm Qalereyasında müxtəlif vəzifələrdə işləyib, o cümlədən qalereyanın direktor müavini kimi təsviri sənətlə bağlı bir çox layihə və tədbirlərin həyata keçirilməsində yaxından iştirak edib.
Rauf Məlikzadənin xatirəsi iş yoldaşlarının, onu tanıyanların qəlbində yaşayacaq.
Azərbaycan Dövlət Rəsm Qalereyasının kollektivi Rauf Məlikzadənin vəfatı ilə əlaqədar mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.