Bakıdakı Rus Evində “Rəngin sehri” adlı sərginin açılışı olub və Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunmuş bayram konserti keçirilib. Tədbir Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) ilə birgə təşkil olunub.
İyunun 2-dək davam edən sərgidə Səbinə Ağasiyevanın rəhbərliyi ilə “SabinArt” rəssamlıq məktəbi şagirdlərinin əl işləri nümayiş olunub. Tədbirin açılışında Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov uşaqları, eləcə də onların valideynlərini və müəllimlərini təbrik edib.
Sərginin ziyarətçiləri üçün konsert proqramı təqdim olunub. Vokal və instrumental əsərlər BMA-nın məzunları Aminat Əhmədova və Nərgiz Məmmədova, həmçinin 21 və 36 nömrəli musiqi məktəblərinin şagirdləri Xanım Kərimli, Leyla Məhərrəmli, Aysu Sadıqzadə və Məryəm Əliyevanın ifasında səsləndirilib.
Tədbirin kuratoru BMA-nın baş müəllimi sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina olub.