Qazaxıstanın Pavlodar şəhərində akademik Ə.X.Marqulan adına Pavlodar Pedaqoji Universitetində “Marqulan oxumaları-2024” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Akademik Ə.X.Marqulanın 120 illik yubileyinə həsr olunmuş konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Laçın Mustafayev iştirak edib.

Muzeydən bildirilib ki, L.Mustafayev konfransda “Şimal-şərqi Azərbaycanda Sasanilər dövrünə aid yeni arxeoloji abidə” mövzusunda məruzə ilə çıxış edib

Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və verilən suallar ətraflı cavablandırılıb.