Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Mədəniyyətə könül ver” layihəsi davam edir. Layihə çərçivəsində “Bizimlə öyrən” adlı silsilə təlimlər, görüşlər və ustad dərsləri təşkil olunur.

Layihə üzrə növbəti təlimlər fərqli peşə sahibləri tərəfindən keçirilib. Bakı və Gəncə şəhərlərində gerçəkləşən təlimlər “Səhv etməməyin yolları”, “Aparıcılığa gedən yol”, “Emosional qiraət”, “Kolleksiya toplamağın faydaları”, “PR və media” və s. mövzuları əhatə edib.

Qeyd edək ki, layihənin məqsədi könüllülərin və yaradıcı gənclərin iştirakı ilə mənəvi irsimizi gələcək nəsillərə çatdırmaq, mədəniyyətimizin inkişafı və təbliği istiqamətində müxtəlif yönlü ictimai fəaliyyət göstərməkdən ibarətdir. Keçirilən silsilə tədbirlər eyni zamanda gənclərin maariflənməsinə xidmət edir.