Filosof-alimin yeni kitabı işıq üzü görüb

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi fəlsəfə elmləri doktoru Rahid Uluselin “Heydər Əliyev: hər zaman bizimlə” adlı kitabı çapdan çıxıb.  

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə işıq üzü görən kitabın elmi redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir.

Fundamental tədqiqat əsəri dünyanın siyasi inkişaf məntiqində Heydər Əliyev fenomeninin necə dərk olunması, bu kontekstdə Azərbaycan-dünya münasibətlərinin necə qurulması, ölkəmizin siyasət və mədəniyyət sahəsində qlobal əməkdaşlıq sferalarına daxil olması, Ümummilli liderin böyük irsinin Azərbaycan humanitar fikrində yeri məsələlərinə həsr olunub.

Kitabda həmçinin Ulu öndərin vəsiyyətlərinin Prezident İlham Əliyevin siyasi kursunda, milli mədəniyyət və dövlətçiliyimizin inkişafı prosesində, xüsusilə 2020-ci ilin Vətən müharibəsində necə gerçəkləşməsi təhlil edilib.