Tanınmış uşaq yazarı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon MKS Mərkəzi Kitabxanasının fəxri oxucusu Gülzar İbrahimova Norveçdəki Azərbaycan Evinin təşəbbüsü ilə paytaxt Oslo şəhərində Nizami Gəncəvi adına həftəsonu məktəbində iştirak edib.

Yazıçı həftəsonu məktəbində dünyaşöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığından geniş söhbət açıb.

O daha sonra Norveçdəki Azərbaycan Evində, Oslonun Deichman Björvika Kitabxanasında və Beynəlxalq Uşaq İncəsənət Muzeyində də görüşlər keçirib.

Görüşlər zamanı Gülzar İbrahimova yaradıcılığı və yeni əsərləri haqqına məlumat verib, oxucuların suallarını cavablandırıb, yeni kitablarını uşaqlara hədiyyə edib.