Yerlərdə “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə bir sıra tədbirlər keçirilib.

Şamaxı rayon Heydər Əliyev Mərkəzi, Dağlıq Şirvan RTİ, Dağlıq Şirvan RGİİ-nin Şamaxı rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə “Təbiətimizi sevək və qoruyaq!” adlı rəsm müsabiqəsi keçirilib. Şamaxı rayon Heydər Əliyev parkında gerçəkləşən müsabiqədə iştirakçılar diplomlarla təltif olunublar.

***

Qazax rayon MKS “Ölkəmizin faydalı qazıntıları, əvəzsiz sərvətləri haqqında nə bilirik?” adlı bilik yarışması keçirib. “Zəfər” komandası I, “Göyəzən” komandası II, “Qazançı” komandası isə III yerə layiq görülüb. Qaliblərə hədiyyələr təqdim olunub.

***

Cəlilabad Dövlət Rəsm Qalereyası və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar uşaqlar arasında rəsm müsabiqəsi keçirilib. Müsabiqədə uşaqlar sağlam gələcək üçün təmiz və yaşıl dünya ilə bağlı rəsmlər çəkiblər. Fərqlənən şagirdlərə təşəkkürnamələr təqdim olunub.

Yardımlı rayon Heydər Əliyev Mərkəzi və rayon Peşə məktəbinin birgə təşkilatçılığı ilə “İşğaldan azad olunmuş ərazilərimizdə törədilən ekoloji terror” adlı tədbir keçirilib. Çıxışlarda düşməndən azad olunan torpaqlarımızda həyata keçirilən abadlıq-quruculuq işlərindən də bəhs olunub. Mövzu ilə əlaqədar təqdimat nümayiş olunub və sərgiyə baxış keçirilib.

N.Məmmədli