Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi məktəbinin fortepiano ixtisası üzrə təhsil alan şagirdi Rüqəyya Cavadzadə onlayn keçirilən Polşa Çili adalararası XV beynəlxalq incəsənət müsabiqəsində iştirak edib.

Müsabiqədə Rüqəyya Cavadzadə 10-12 yaş kateqoriyasında II dərəcəli diploma layiq görülərək laureat adını qazanıb.

Müəllimi Sevda Şükürova təşəkkürnamə məktubu ilə təltif edilib.