İyunun 6-da Şəkidəki Çingiz Mustafayev adına klubda tanınmış partiya və dövlət xadimi Nazim Hacıyevin (1924–1962) 100 illiyi münasibətilə xatirə gecəsi keçirilib. AMEA Şəki Regional Elmi Mərkəzi və Şəki Ensiklopediyasının təşkilatçılığı ilə reallaşan tədbirdə AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlü, mərhumun oğlu Aydın Hacıyev, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilov və digər şəxslər iştirak ediblər.

Çıxış edənlər Nazim Hacıyevin ömrü yolu və siyasi fəaliyyəti haqında danışıb, tədbirin təşkilinə görə Şəki Regional Elmi Mərkəzinə təşəkkürlərini bildiriblər.

Sonra Nazim Hacıyevin həyat və fəaliyyəti haqqında "Bir qəsdin tarixçəsi" (2019) sənədli filmi nümayiş olunub.

Daha sonra tədbir “Yurd Yaddaşı” miniatür muzeyində davam etdirilib. İştirakçılar N.Hacıyevin muzeydə sərgilənən şəxsi sənədləri ilə tanış olublar. Sonda xatirə şəkilləri çəkdirilib.