M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında “Bakı sinfonietta” orkestrinin konserti keçirilib.

İyunun 5-də gerçəkləşən konsertdə dirijor Cavad Tağızadənin rəhbərliyi ilə orkestrin və Əməkdar artistlər Xurşid Abdullayeva (klavesin), Nicat Salmanov (fleyta), İlqar Hacıyev (faqot), Yuliya Motorina (violin) və Yaqub Məmmədovun (qoboy) ifasında İ.S.Bax, A.Reiсhenauer, A.Şnitke, Z.Marjanişvilinin əsərləri səslənib.